Beyləqanda iki gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
iy
2025
18:50

Beyləqanda iki gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

05 iy, 2025
18:50
384

Beyləqanda iki gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

Beyləqanda Yeni Xanqızı kanalında batan yeniyetmənin meyiti tapılıb.

APA-nın yerli bürosu xəbər verir ki, 3 iyul 2025-ci il tarixində Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhəri, Xocavənd qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində kanalda batmış 2011-ci il təvəllüdlü Qasımlı Əkbər Nizami oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Emin Şirvanzadə

***

16.34

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhərindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

16.12

Beyləqanda yeniyetmə kanalda batıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Xanqızı kanalının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Eyvazallılar kənd sakini 16 yaşlı Ə.Qasımov sözügedən kanalda batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanıb.

Bizimlə əlaqə saxlayın