Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB
Beyləqanda Yeni Xanqızı kanalında batan yeniyetmənin meyiti tapılıb.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, 3 iyul 2025-ci il tarixində Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhəri, Xocavənd qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Axtarışlar nəticəsində kanalda batmış 2011-ci il təvəllüdlü Qasımlı Əkbər Nizami oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
16.34
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhərindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***
16.12
Beyləqanda yeniyetmə kanalda batıb.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, hadisə Xanqızı kanalının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Eyvazallılar kənd sakini 16 yaşlı Ə.Qasımov sözügedən kanalda batıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanıb.
Oxşar xəbərlər
Qusarda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Ötən gün Qarabağ suvarma kanalında batmış 17 yaşlı gəncin meyiti tapılıb
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB
Ağcabədidə kanalda batan 17 yaşlı oğlanın meyiti tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













