Mingəçevirdə iki kater toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Mingəçevirdə iki kater toqquşub, xəsarət alanlar var - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

16.47

Mingəçevirdə iki kater toqquşub.

Sizinxeber.az-nın yerli müxbiri xəbər verir ki, hadisə Mingəçevir şəhərində Kür çayı hövzəsində baş verib. Toqquşma nəticəsində 5 nəfərin xəsarət aldığı deyilir.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Oxşar xəbərlər

Mingəçevirdə iki kater toqquşub, xəsarət alanlar var
Mingəçevirdə minik maşınları toqquşub, yaralılar var
Mingəçevirdə iki qayığın toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib
Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər