Mingəçevirdə iki qayığın toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Mingəçevirdə iki qayığın toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinə (FHN) Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

Hadisə zamanı xəsarət alan və tibb müəssisəsinə yerləşdirilən şəxslər 2011-ci il təvəllüdlü Ə.Vəliyev, 2008-ci il təvəllüdlü Ə.Xudiyev, 1984-cü il təvəllüdlü O.Xudiyev, 2007-ci il təvəllüdlü G.Xudiyeva, 2018-ci il təvəllüdlü T.Xudiyev, 1983-cü il təvəllüdlü X.Vəliyevdir.

Daha iki nəfərə isə hadisə yerində yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

16.03

Mingəçevir şəhərində Kür çayında 2 kater toqquşub.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində azı 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Tovuzda yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - YENİLƏNİB
Yevlaxda yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB
Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var 
Gəncədə zərcirvari yol qəzası olub, yaralananların kimliyi açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle