Leysan Qərb bölgəsində fəsadlar törədib
Yağıntılı hava şəraiti Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Samux və Göygöl rayonlarında bir sıra fəsadlar törədib.
“Report”un Qərb bürosunun məlumatına görə, son günlər yağan güclü yağışlar səbəbindən bir çox çaylarda suyun səviyyəsi artıb, çaylardan sel keçib.
Daşkəsən şəhərində və kəndlərində yağış suları ərazilərə, əkin sahələrinə dolub, təsərrüfata zərər dəyib. Bayan və Quşçu kəndlərində sel kənd yoluna ziyan vurub, Gəncə-Daşkəsən avtomobil yolunun bəzi hissələrində nəqliyyatın hərəkəti leysan səbəbindən qismən çətinləşib.
Gədəbəy rayonunda da sel fəsadlar törədib, təsərrüfata, biçənəklərə zərər vurub. Kənd yolları sel səbəbindən bir müddət keçilməz olub. Samux rayonun bəzi kəndlərində olan dərələrdən sel keçib. Bir vətəndaşa məxsus "VAZ" markalı avtomobil sel sularının əhatəsində qalıb.
Şəmkir, Göygöl və Tovuz rayonlarının ucqar kəndlərində də anoloji hal yaşanıb, əkin sahələrinə, şəxsi təsərrüfatlara zərər dəyib.
Qeyd edək ki, Gəncə şəhərinə yağan güclü yağış qəsəbələrdə, küçələrdə fəsadlar yaradıb. Yağış suları piyadaların və avtomobillərin hərəkətində qismən çətinlik yaradıb.
Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir. Dağlıq rayonlarda leysan yağır. Daşkəsən-Gəncə və Şəmkir-Gədəbəy avtomobil yollarında qatı duman müşahidə olunur.
Oxşar xəbərlər
Daşkəsəndə leysan fəsadlar törədib, elektrik enerjisinin verilişində fasilə yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsənin bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə elektrik enerjisinin verilməsi bərpa olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gədəbəydə külək evin dam örtüyünü dağıdıb, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatala və Balakəndə evləri sel suları basıb, dörd körpü yararsız haldadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












