Daşkəsənin bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2024
23:19

Daşkəsənin bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb

12 may, 2024
23:19
1 071

Daşkəsənin bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb

Bölgədə müşahidə olunan yağıntılı hava şəraiti Daşkəsən rayonunda bəzi fəsadlar törədib.

“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, yağan güclü yağış səbəbindən Daşkəsən şəhərinin və rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, güclü yağış nəticəsində Gəncə-Daşkəsən avtomobil yollunda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

Bizimlə əlaqə saxlayın