sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Gədəbəydə külək evin dam örtüyünü dağıdıb, xəsarət alan var
Gədəbəy rayon ərazisində əsən güclü külək bir sıra fəsad törədib, xəsarət alan var.
"Report"un Qərb bürosunun məlumatına görə, güclü külək səbəbindən Gədəbəy rayon Kiçik Qaramurad kəndində vətandaşa məxsus fərdi evin dam örtüyü dağılıb.
Hadisə zamanı yaxınlıqda olan, 1956-cı il təvəllüdlü D.Novruzova başından xəsarət alıb. Onun vəziyyəti normal qiymətləndirilir.
Küləkli hava şəraiti səbəbindən rayonun bəzi ərazilərində də fəsadlar qeydə alınıb. Dam örtüklərinə, təsərrüfata zərər dəyib.
Xatırladaq ki, dünəndən başlayaraq ölkənin digər bölgələrində olduğu kimi, Qərb bölgəsində də küləkli hava şəraiti müşahidə olunur.
Oxşar xəbərlər
Qərb bölgəsində küləkli hava ciddi fəsadlar törədib
Gəncədə güclü külək əsir, bəzi ərazilərdə enerjinin verilişi dayandırılıb
Zaqatala və Balakəndə evləri sel suları basıb, dörd körpü yararsız haldadır
FHN hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib
Cəlilabadda yol qəzası baş verib, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













