Cəlilabadda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Cəlilabadda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb  - YENİLƏNİB


Cəlilabad rayonunda baş verən yol qəzasında yaralananların vəziyyəti açıqlanıb.

TƏBİB-dən "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 20:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan 1986-cı il təvəllüdlü (qadın cinsli) şəxsə alın və burun nahiyəsinin əzilmiş sıyrıqları, 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxsə sağ dizin əzilmiş, sıyrılmış yarası, sağ qapaqaltı nahiyənin əzilməsi, 2011-ci il təvəllüdlü (qadın cinsli) şəxsə isə sağ almacıq, burun arxası əzilmiş hematoma yaraları, boyun və sol topuq nahiyəsinin əzilmiş yaraları diaqnozu təyin edilib.

Xəsarət alanların vəziyyəti kafi olaraq qiymətləndirilir.

21:42

Cəlilabad rayonunda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, xəsarət alanlar Bakı şəhəri sakinləri, 1986-ci il təvəllüdlü Aidə Hüseynova, 2006-cı il təvəllüdlü Ayaz Hüseynov və 2011-ci il təvəllüdlü Nuray Hüseynovadır.

Onların müalicəsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

20:21

Cəlilabad rayonunda baş verən avtomobil qəzasında üç nəfər xəsarət alıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt–Astara yolunun Cəlilabad rayonuna giriş hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Corolla" markalı avtomobilin sürücüsünün idarəetməni qəfil itirməsi səbəbindən maşın yolun kənarına aşıb.

Hadisə nəticəsində xəsarət alan üç nəfər rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB-2
Cəlilabadda avtomobil körpüdən çaya aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Qusarda avtomobil qəzasında xəsarət alanların durumu açıqlanıb
Cəlilabadda yol qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB
Cəlilabadda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər