Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb - VİDEO


Novxanı və Görədildə tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb.

Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda tikintisi tamamlanmayan 8 evdən oğurluq edilib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq talama cinayətini törədən şəxslər - 33 yaşlı Rövşən Cavadov və tanışı 38 yaşlı Elvin Aliyev saxlanılıblar. Həmin şəxslər Novxanı və Görədil bağları massivlərində evlərdə təmir işlərinin getmədiyinə əmin olduqdan sonra həmin mənzillərdən santexnika malları, təmir-tikinti alətləri, məişət əşyaları və elektrik naqillərini talayıblar. Bu yolla zərərçəkənlərə külli miqdarda zərər vurublar. Onların oğurluq əməlləri təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Sulutəpə qəsəbəsində iki evdən ümumilikdə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan 48 yaşlı Ramil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər

Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb
Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edilib - VİDEO
Abşeron və Qaradağda 17 min manatdan çox oğurluq edən şəxslər saxlanılıb
Binədə marketlərdən 54 min manatlıq naqil oğurlanıb
Abşeronda 8 avtomobildən və 6 evdən oğurluq edilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər