DİN-in “Sputnik-Azərbaycan”ın ofisində əməliyyatdan -  FOTOREPORTAJ - VİDEO
sizinxeber.az xəbər saytı

DİN-in “Sputnik-Azərbaycan”ın ofisində əməliyyatdan - FOTOREPORTAJ - VİDEO


Daxili İşlər Nazirliyinin “Sputnik-Azərbaycan” agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanıblar.

“Sizinxeber.az”un hadisə yerində olan müxbirinin məlumatına görə, redaksiyanın ətrafında bir neçə polis avtomobili də var.

Xatırladaq ki, iyunun 30-da "Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilməsi barədə məlumat daxil olub.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, "Sputnik-Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Oxşar xəbərlər

"Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır
“TikTok” “Sputnik”-in hesablarını silib
İrəvanda polis 150-dən çox etirazçını saxlayıb - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər