Pirşağıda taxıl sahəsində yanğın söndürülüb - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Pirşağıda taxıl sahəsində yanğın söndürülüb - YENİLƏNİB-2


Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə “Report”a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

18:37

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə “Report”a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

18:07

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə “Report”a FHN-dən bildirilib.

Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Pirşağıda yanğın geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb - YENİLƏNİB
Pirşağı qəsəbəsində taxıl sahəsi yanır
Nəsimi rayonunda yaşayış evindəki yanğın söndürülüb - YENİLƏNİB-2
Bakının Nizami rayonunda yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər