Nəsimi rayonunda yaşayış evindəki yanğın söndürülüb - YENİLƏNİB-2
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yaşayış evində yanğın baş verib və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Həmçinin, Nazirliyin qüvvələri tərəfindən yanğın yerində sakinlərin təxliyəsi həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın başlayıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Oxşar xəbərlər
Nəsimi rayonunda küçədə yanğın başlayıb, sakinlərin təxliyəsi aparılır - YENİLƏNİB
Nəsimi rayonunda küçədə yanğın başlayıb
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB
Bakıda sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Nəsimi rayonunda baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













