Laçında minadan təmizlənməmiş ərazidə baş verən yanğın söndürülüb - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2025
02:00

Laçında minadan təmizlənməmiş ərazidə baş verən yanğın söndürülüb - VİDEO

29 in, 2025
02:00
769

Laçında minadan təmizlənməmiş ərazidə baş verən yanğın söndürülüb - VİDEO

Laçın rayonu Zabux kəndinin minadan təmizlənməmiş ərazisində baş verən yanğın söndürülüb

“Sizinxeber.az”un Qarabağ Bürosu xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan bildirib.

Onun sözlərinə görə, Zabux kəndi ərazisində yanğın olması barədə məlumat saat 14:57-də daxil olub:

“Hadisə yerinə çatan Laçın rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi tərəfindən yanğın saat 16:11 məhdudlaşdırılıb. Operativ müdaxilələr sayəsində “Azərişığa” məxsus iki transformator mühafizə olunub. Yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün canlı qüvvəyə müəyyən çətinliklər yaradıb”.

Bizimlə əlaqə saxlayın