FHN: Binəqədidə quyuya düşərək köməksiz qalan şəxsin axtarışları davam etdirilir
sizinxeber.az xəbər saytı

FHN: Binəqədidə quyuya düşərək köməksiz qalan şəxsin axtarışları davam etdirilir


Paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Bu barədə “Sizinxeber.az”a FHN-dən bildirilib.

Hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

İsmayıllıda dağlıq ərazidə zədə alaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
Bakıda su quyusuna düşən gənc xilas edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər