Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
sizinxeber.az xəbər saytı

Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır


Türkiyədə arvadının sevgilisini öldürərək qaçaraq Azərbaycana gələn və illər sonra İnterpol xətti ilə Bakıda tutulan Can İlker Behlülün öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı təqdimata baxılıb.

"Sizinxeber.az"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun əməkdaşları C.İ.Behlüllə bağlı bildiriblər ki, Türkiyədə onun barəsində qəsdən adam öldürmə maddəsi ilə qiyabi həbs qərarı var və beynəlxalq axtarışa verilib.

Onlar məhkəmədən təqsirləndirilən şəxsi öz ölkəsinə təhvil verilməsi ilə bağlı qərar verilməsini istəyiblər.

Təqsirləndirilən C.İ.Behlül isə Azərbaycandan getmək istəmədiyini bildirib:

"Uzun illərdir burada yaşayıram, Bakıda azərbaycanlı ilə evlənmişəm, uşağım var. Ailəm buradadır, xahiş edirəm Türkiyəyə məni ekstradisiya etməyin".

Məhkəmə müşavirə edərək qərara alıb ki, təqsirləndirilən şəxs Türkiyəyə ekstradisiya edilsin.

Qeyd edək ki, C.İ.Behlül uzun illər əvvəl Türkiyədə arvadı və onun sevgilisini bıçaqlayıb. Onlardan kişi ölüb, qadın isə xəsarət alıb.

Oxşar xəbərlər

Saxta pul hazırlamaqda təqsirləndirilən Türkmənistan vətəndaşı ölkəsinə ekstradisiya edilib
Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində qiyabi həbs qərarı çıxarılıb
Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını ölkəsinə təhvil verib
Qabillə bağlı həbs qərarı verildi
Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər