Tovuzda iki minik avtomobili toqquşub, biri azyaşlı olmaqla, 6 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Tovuzda iki minik avtomobili toqquşub, biri azyaşlı olmaqla, 6 nəfər xəsarət alıb


Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə hadisə rayonun girişində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2017” və “OPEL” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 1 azyaşlı olmaqla 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Xəsarət alanlar 2006-cı il təvəllüdlü B. Huseynov, 1982-ci il təvəllüdlü A. Əliyev, 1978-ci il təvəllüdlü E. Ələsgərov, 2006-cı il təvəllüdlü R. Qasımov, 2009-cu il təvəllüdlü H. Abdullayev və 2020-cı il təvəllüdlü R. Rüstəmovdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Ağstafada qəza olub, 4 nəfər xəsarət alıb
Samuxda ağır qəza, 1-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb
Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər