sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Naxçıvanda gömrük postunda külli miqdarda siqaret və psixotrop dərman aşkar edilib
Naxçıvanda gömrükdə külli miqdarda siqaret və psixotrop dərman preparatı aşkar edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən APA-ya verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Culfa” və “Naxçıvan Karqoterminal” gömrük postlarında yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.
Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən, Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan 80 000 ədəd siqaret və 100 ədəd psixotrop tərkibli “Alprazolom” dərman preparatı və 177 qutu müxtəlif növ dərmanlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman aşkarlanıb
İstanbuldan qayıdan şəxsdə külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
Mağazada külli miqdarda aksiz markasız siqaret aşkar edilib
Binəqədidə külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
Bakıda mağazada külli miqdarda aksiz markasız elektron siqaret aşkar edilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













