DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
sizinxeber.az xəbər saytı

DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub


DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbirin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb.
Musa Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.


Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Oxşar xəbərlər

DTX-nin əməliyyatı ilə saxlanılan Qaxın icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Qaxın icra başçısı və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub - YENİLƏNİB
Qaxın tutulan icra başçısı və digər şəxslərin nədə ittiham edildiyi məlum olub - YENİLƏNİB
Qaxın icra başçısı, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb
Qaxın icra başçısı vəzifəsindən azad edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər