Biləsuvarda minik avtomobili ilə mikroavtobus toqquşub, 4 qadın xəsarət alıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Biləsuvarda minik avtomobili ilə mikroavtobus toqquşub, 4 qadın xəsarət alıb - YENİLƏNİB


Biləsuvarda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 qadın rayon xəstəxanasına hospitalizasiya olunub.

"Report"un sorğusuna TƏBİB-dən bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilən şəxslərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.

15:32

Biləsuvar rayonunda minik maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzinin M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı "Hyundai" markalı minik avtomobili "Qazel" markalı mikroavtobusuna çırpılıb.

Hadisə nəticəsində xəsarət alanlar rayon xəstəxanasına aparılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Biləsuvarda mikroavtobusla minik maşını toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Biləsuvarda minik avtomobili aşıb, xəsarət alanlar var 
Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
Biləsuvarda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB
Goranboyda minik maşını aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər