Biləsuvarda mikroavtobusla minik maşını toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Sizinxeber.az-ya TƏBİB-dən bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Qeyd olunub ki, hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilən şəxslərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Gülcahan Məmmədova
***
15.33
Biləsuvar rayonunda yol qəzası baş verib.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Mübariz İbrahimov küçəsində qeydə alınıb.
"Hyundai" markalı minik avtomobili "QAZel" markalı sərnişin mikroavtobusuna çırpılıb. Qəzada xəsarət alanların olduğu bildirilir.
Onlar Biləsuvar rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Biləsuvarda qəzada xəsarət alanlardan birinin vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Biləsuvarda yol qəzasında 5 nəfər xəsarət alıb
Goranboyda minik maşını aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Beyləqanda yol qəzasında altı nəfər xəsarət alıb - YENİLƏNİB
Biləsuvarda iki yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













