Biləsuvarda yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB
TƏBİB Biləsuvarda baş verən avtoqəza ilə bağlı məlumat yayıb.
Qurumdan "Sizinxeber.az"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:30 radələrində Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1969-cu il təvəllüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona başın və döş qəfəsinin səthi travması, said nahiyəsinin hemotoması və sıyrıqları diaqnozları təyin edilib.
"Hazırda xəsarət alan şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyət stabil olaraq qiymətləndirilir", - məlumatda vurğulanıb.
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Biləsuvarda yol qəzası olub, ölən və yaralananlar var
Biləsuvarda ağır yol qəzasında ölənlərdən üçü qadın, ikisi kişidir - YENİLƏNİB - 3
İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB
Biləsuvarda yol qəzasında ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB
Biləsuvarda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













