Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb, saxlanılan var
sizinxeber.az xəbər saytı

Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb, saxlanılan var


Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

1994-cü il təvəllüdlü Ağayev Eyruz Bəhlul oğlu ilə 1985-ci il təvəllüdlü Balayev Sərvər Sahib oğlu arasında baş verən mübahisə ikinci bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna məlumat verilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 1985-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.

Döş qəfəsinin açıq yarası, budun yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Əldə etdiyimiz məlumata görə, Sumqayıt şəhərində bir nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda 45 yaşlı kişini bıçaqlayan gənc saxlanılıb
Sumqayıtda bıçaqlanan şəxslərin vəziyyəti məlum olub – YENİLƏNİB-2
Sumqayıtda gənclər arasında münaqişə bıçaqlanma ilə nəticələnib, saxlanılan var
Sumqayıtda bıçaqlanan 15 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2
Sumqayıtda baş verən partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle