Lənkəranda avtomobil ağaca çırpıldı: xəsarət alan var
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Vilvan kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ə verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü G.Hüseyinlini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
İmişlidə yol qəzasında avtomobildə sıxılı vəziyyətdə qalmış vətəndaş xilas edilib - VİDEO
Lənkəranda avtomobil ağaca çırpılıb, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB
Yeni Saray qəsəbəsində yük avtomobili ilə avtobus toqquşub
Lənkəranda avtomobil ağaca çırpılıb, xəsarət alan var - FOTO
Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













