Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var
sizinxeber.az xəbər saytı

Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var


Bakıda minik avtomobili yolun kənarındakı səkiyə çırpılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili yolun kənarındakı səkiyə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

Hacıqabulda traktor aşıb, ölən var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni Saray qəsəbəsində yük avtomobili ilə avtobus toqquşub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda meyit aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda mənzildə meyit tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda mənzildə meyit aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər