Lənkəranda avtomobil ağaca çırpılıb, xəsarət alan var - FOTO
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az - nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər Lənkəran rayonunun Viravul kəndi ərazisində qeydə alınıb.
Lənkəran rayon sakini 1996-cı il təvəllüdlü Gülyanaq Əkrəm qızı Hüseynlinin idarə etdiyi "KİA" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü hadisə yerinə gələn FHN - nin Cənub Regional Mərkəzinin xilasediciləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
G.Hüseynli təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, hadisə yağışlı havada avtomobilin qarşısına çıxan iti vurmamaq üçün manevr edən zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Biləsuvarda iki yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda zəncirvari qəza olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda avtomobil yolu keçən qadını vurub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda baş verən qəzada piyada ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda 20 yaşlı qız bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












