Bakıda vətəndaşa qarşı gecə saatlarında fiziki zor tədbiq etməkdə şübhəli bilinən şəxs tutulub
sizinxeber.az xəbər saytı

Bakıda vətəndaşa qarşı gecə saatlarında fiziki zor tədbiq etməkdə şübhəli bilinən şəxs tutulub


Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Sizinxeber.az" xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt sakini olan bir nəfərə qarşı quldurluq etməkdə şübhəli bilinən 35 yaşlı Füzuli Rzayev saxlanılıb.

Belə ki, o, gecə saatlarında yolda qarşılaşdığı zərərçəkənə fiziki zor tətbiq edərək pul vəsaitini və digər qiymətli əşylarını ələ keçirib. Daha sonra F.Rzayev zərərçəkmişin telefonundakı mobil tətbiq vasitəsilə onun bank kartındakı 1200 manatı da öz hesabına köçürüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sabunçuda quldurluq hadisəsi qeydə alınıb
Şirvanda beş evdən 53 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər