Bakıda kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən evlərin birində müvəqqəti yaşayan şəxsin həmin ünvanda kirayəşin qalan 2 nəfərin mobil telefonunu oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətmiş paytaxt sakini 23 yaşlı Fikrət Ramazanov saxlanılıb.
Onun F.X.Xoyski küçəsində yerləşən elektronika və məişət avadanlıqları satılan mağazalar şəbəkəsindən, eləcə də kirayədə yaşadığı daha 3 evdən oğurluq etdiyi də müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Şirvanda beş evdən 53 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda evlərdən 15 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sabunçuda evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Babək rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











