Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçiriləcək
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan olunmuş növbəti müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb. Müsabiqədə iştirak edən namizədlərlə test imtahanı iyul ayının 13-də keçiriləcək.
Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İmtahan Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək və saat 11:00-da başlanacaq.
Məlumat verildiyi kimi, test imtahanı DİM tərəfindən ödənişli əsaslarla keçirilir. İmtahana buraxılış vərəqəsini DİM-in rəsmi qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etmək mümkündür.
Müsabiqənin keçirilməsi ilə bağlı zəruri metodiki vəsaitlərlə namizədlər nazirliyin rəsmi saytında "Qulluğa qəbul" bölməsində və elektron kabinetlərində tanış ola bilərlər.
İmtahanda namizədlərə 80 sual qanunvericilik və 20 sual məntiqi təfəkkür üzrə olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi təfəkkür üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanından keçid balı 55-dir. Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlarla namizədlər linkinə daxil olaraq tanış ola bilərlər.
Qaydalara əsasən test imtahanından uğur qazanmış və təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.
Əlavə məlumatları , eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Oxşar xəbərlər
Dekabrın 1-də ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək
Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı uzadılıb
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə keçirilir
Ədliyyə orqanlarına qəbul imtahanı keçiriləcək
Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı müsabiqə elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bakubus”ın bütün avtobuslarında bank kartı ilə ödəniş mümkündür
-
Bakının bu addımını alqışlayırıq - Zaxarova
-
Təltif olunanlar arasında Fred Asifin oğlu da var
-
Metronun "Ulduz" stansiyasının yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq?
-
Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun BİRGƏ RƏYİ - AZAL təyyarəsi VURULUB












