Ramin Məmmədov Vyetnamın etnik azlıqlar və dini işlər nazirini Azərbaycana dəvət edib
sizinxeber.az xəbər saytı

Ramin Məmmədov Vyetnamın etnik azlıqlar və dini işlər nazirini Azərbaycana dəvət edib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vyetnamın etnik azlıqlar və dini işlər naziri Dao Nqok Zunq ilə görüşüb.

"Report" xəbər verir ki, komitə sədrinin Vyetnama səfəri zamanı baş tutan görüşdə komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi və qayğısı ilə milli-mənəvi dəyərlər sisteminin, tolerantlıq, multikulturalizm ənənələrinin inkişaf etdirilməsi və təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini deyib.

R.Məmmədov Azərbaycandakı dövlət-din münasibətləri, dini sahədəki mövcud vəziyyət və reallıqlar, eyni zamanda ölkəmizin dinlərarası dialoq istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini abidələrin, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu vurğulayan Dövlət Komitəsinin sədri dinlərarası harmoniyanın, birgəyaşayış ənənəsinin xalqımızın səciyyəvi xüsusiyyəti olduğunu bildirib. O, nazir Dao Nqok Zunqu Azərbaycana səfərə dəvət edib.

Nazir dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib və dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkələrin təcrübəsinin böyük əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycanın sivilizasiyalar arasında dialoq, əməkdaşlıq və tərəfdaşlığı alternativi olmayan bir istiqamət kimi inkişaf etdirməsini yüksək qiymətləndirən nazir, həmçinin dini sahədə əməkdaşlığın perspektivlərinə toxunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, beynəlxalq aləmdə tolerantlıq və dinlərarası dialoqun, birgəyaşayışın təşviq olunması istiqamətində əməkdaşlığın hər iki qurumun ümumi məqsədlərinə uyğun olduğu vurğulanıb.

Oxşar xəbərlər

Ramin Məmmədov: Etnik və dini müxtəliflik ayırıcı yox, qarşılıqlı dialoqu təşviq edən amildir
Komitə sədri: Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişə baş verməyib
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Ramin Məmmədov Vyetnama səfərə gedib
Ramin Məmmədov Bibiheybət ziyarətgah kompleksində din xadimləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle