Kaliforniyada “ASALA” terrorçusu tərəfindən öldürülən türk diplomatları anılıb
Kaliforniyada erməni terror təşkilatı “ASALA” üzvünün hücumu nəticəsində həlak olan türk diplomatlarının xatirəsi yad edilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
“27 yanvar 1973-cü ildə Santa-Barbarada terrorçular tərəfindən öldürülən türk diplomatları Mehmet Baydar və Bahadır Dəmirin xatirəsini ehtiramla yad edirik”, - paylaşımda deyilir.
Qeyd edək ki, Türkiyənin Los-Ancelesdəki baş konsulu M.Baydar və vitse-konsul B.Dəmir Santa-Barbara şəhərində erməni terrorçu, ASALA təşkilatının üzvü Qurgen Yanikyan tərəfindən güllələnib.
Bir sıra mənbələr “ASALA”nın 1975-ci ildə yaradıldığını, lakin qrup üzvlərinin bundan əvvəl, o cümlədən 1972 və 1974-cü illərdə terror aktları törətdiyini göstərir.
Oxşar xəbərlər
BMT rəsmisi: Erməni terroru nəticəsində öldürülən Evner Ergünün xatirəsi təşkilatda hörmətlə anılır
Nazir: Ankarada terror aktını törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib
Avstriyalı siyasi analitik: Azərbaycan Ermənistandan konstitusiya dəyişikliyi tələbində haqlıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
