

Din xadimlərinə terrorçuluğun maliyyələşdirilməsi təhlükəsinə qarşı ayıq-sayıqlıq tövsiyə olunub
Din xadimlərinə terrorçuluğun maliyyələşdirilməsi təhlükəsinə qarşı ayıq-sayıqlıq, bu istiqamətdə aparılan mübarizədə fəal iştirak etmək tövsiyə olunub.
"Report" xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə dini icmaların nümayəndələri üçün keçirilən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda təlimdə bildirilib.
Təlimdə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə “Dövlət-din münasibətlərinin inkişafı: terrorla mübarizədə əsas vasitə kimi”, şöbənin əməkdaşı Aslan Sultanov “Terrorun maliyyələşməsində din faktoru” mövzularında məruzələrlə çıxış ediblər. Dini qurumlara fəaliyyətlərini bütünlükdə qanuni çərçivədə davam etdirmələri, sui-istifadə, cinayət risklərindən qorunmaq, eləcə də maliyyə məsələlərindəki əsas öhdəliklərinin icrası zamanı qanunauyğun davranış nümayiş etdirmək yolları izah edilib.
Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Fuad Əliyev “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə qeyri-kommersiya təşkilatlarının (dini qurumların) öhdəlikləri” adlı təqdimatla müvafiq sahədəki problemlərə və onların həll üsullarına diqqət çəkib.
70 nəfər dinləyicinin iştirak ediyi tədbirdə dini icmalar yeni hesabat nümunəsi və “Hədəfli maliyyə sanksiyalarının tətbiqinə dair Təlimat”la tanış edilib.
Oxşar xəbərlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək?
Maliyyə Nazirliyinin bəzi vəzifələri ləğv edildi
Bu komitə sədri də yola salındı
Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
