

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsini müəyyən edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Monitorinqi Xidmətinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar lazımi məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq əldə edilir.
Qərarın icrasının təmin edilməsi ilə əlaqədar xərclər Maliyyə Monitorinqi Xidmətinin büdcəsi hesabına maliyyələşdirilir.
Oxşar xəbərlər
DTX-nin səlahiyyətləri artırıldı - Qərar
Maliyyə Nazirliyinin bəzi vəzifələri ləğv edildi
Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət qaydalarında dəyişiklik edilib
Dərman vasitələrinin təqib və izləmə sistemi yaradılacaq
Baş nazirdən qazilərlə bağlı mühüm QƏRAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
