Maliyyə Nazirliyinin bəzi vəzifələri ləğv edildi
Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar "Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanında dəyişiklik edib.
“Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, nazirliyin səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda strukturuna daxil olan müvafiq qurumlar vasitəsilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirməsi vəzifəsi ləğv edilib.
Bundan başqa, nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin qiymətli metalların və qiymətli daşların, o cümlədən qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununun tələblərinə əməl edilməsinə nəzarət etmək vəzifəsi ləğv olunub.
Oxşar xəbərlər
Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda virtual aktiv xidməti təminatçılarına məhdudiyyətlər hansı halda tətbiq edilə bilər? - EKSKLÜZİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 8 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












