Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır
sizinxeber.az xəbər saytı

Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır


Əvvəllər kadr çatışmazlığından irəli gələrək, məscidlərdə çalışan din xadimlərinin əksəriyyətinin dini təhsili olmayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

O qeyd edib ki, din xadimlərinin təyinatı komitə tərəfindən həyata keçirilir.

"Eyni zamanda, həmin şəxslərlə bağlı məlumatlar Qafqaz Müsəlmaları İdarəsinə ötürülür. Ali və orta dini təhsili olan şəxslərin təyinatı aparılır. Əvvəllər kadr çatışmazlığından irəli gələrək məscidlərdə çalışanların əksəriyyətinin dini təhsili olmayıb. Hazırda dini təhsili olmayan şəxslərin əvəz olunması prosesi gedir. Yenilənmiş kadrların sayı 200-ə yaxınlaşmaqdadır".

M.Qurbanlı əlavə edib ki, məscidlərə dini ayinləri yerimə yetirmək üçün qadınlar da təyin edilir.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.

Oxşar xəbərlər

Nəziri elektron qaydada ödəyəcəyik? - Komitə sədrindən AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı İlahiyyat Kolleci yaradıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşanın Baş müftisi Azərbaycana gəlib, Allahşükür Paşazadə ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan İcması Roma Papasını Ermənistana təzyiq göstərməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər