Azərbaycana gətirilən "Barilla" makaronları yararsızdır? - RƏSMİ CAVAB
sizinxeber.az xəbər saytı

Azərbaycana gətirilən "Barilla" makaronları yararsızdır? - RƏSMİ CAVAB


Qida Təhlükəsizliyi Agentliyi "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qurumdan Oxu.Az-a bildirilib ki, bəzi xəbər saytlarında "Barilla" əmtəə nişanlı "İntegrale Vollkorn Penne Rigate" tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı məlumatlar yer alıb.

"AQTA bildirir ki, xəbərdə qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb. Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, ölkəmizə idxal olunmuş "Barilla" əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır", - deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər

AQTA "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib
AQTA: Uyğunsuzluq aşkarlanan partiya ölkəmizə idxal olunmayıb
AQTA: Azərbaycana gətirilən Rusiya istehsallı bitki yağı partiyalarında uyğunsuzluq aşkarlanmayıb
Türkiyədən gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
İtaliyadan Azərbaycana gətirilən 15 mindən çox bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle