Müəllim barmağına üzük taxdırırsa...
- 7-06-2025, 21:34
- Cəmiyyət / SÖZÜM VAR !
- 0
- 18 197
Tovuzda bir məktəbdə, adını təhsilə yox, təəssüf ki, sosial mediada “qızıl mərasimi” ilə gündəmə gətirən müəllimə xəbəri bu gün hamımızı silkələdi. Görüntülər çox şeyi deyirdi: Müəllimə oturub, valideynlər sıraya düzülüb və bir-bir onun barmağına üzük taxır. Dərs yox, danışıq yox, sadəcə təmtəraq, nümayiş və müəllim adından sui-istifadə.
Təhsil dediyimiz şey budurmu? Əgər müəllim barmağına qızıl üzük taxdırırsa, sabah o uşaqlara necə izah edəcək ki, vicdan, dəyər, obyektivlik nədir?
İllərlə demişik ki, müəllim cəmiyyətin sütunudur. Amma bəzən o sütunun altında gizlənib şəxsi mənafe, nümayiş və mənəviyyat boşluğu boy göstərir. Bu hadisə də onlardan biridir.
Valideynin övladını məktəbə göndərmək borcudur. Hədiyyə aparmaq yox, təhsil almaq üçün şərait tələb etmək haqqıdır. Bu tip “göstərişli münasibət” formaları məktəblərdə çoxdan başlayıb – bəzən ad günündə tort gətizdirirlər, bəzən müəllimin “xoşuna gəlmək” üçün açıq-örtülü yarışlar başlayır.
İndi isə barmaqlara üzük... Sabah ev verərlər, maşın açarı apararlar? Bəs sonra bu müəllim o şagirdi necə qiymətləndirəcək? Neyləyəcək? “Çünki anası mənə üzük taxdı, uşağı beşlik yazım?”
Ən dəhşətlisi odur ki, bu, “gülməli” yox, adiləşmiş bir hala çevrilməkdədir. Bu hadisəyə sosial mediada “olsun e, hədiyyədi də” deyənlər tapılırsa, deməli, biz problemin dibini görmürük hələ.
Müəllim nüfuzu yalnız dərs keçməkdə deyil, duruşunda, vicdanında və davranışında gizlidir. Əgər müəllim o nüfuzu barmağına taxdığı üzük qədər qiymətləndirirsə, biz təhsildən yox, tamaşadan danışırıq.
Qazax-Tovuz Regional Təhsil İdarəsi araşdırma başladıb. Araşdırın, yaxşı edirsiniz. Amma sadəcə “araşdırma açıldı” cümlələri ilə bu hadisə bağlanmamalıdır. Əgər fakt təsdiqlənərsə, ictimai nümunə olacaq cəza da olmalıdır.
Çünki bu gün müəllimə barmağına üzük taxdırırsa, sabah o şagirdin şüuruna rüşvətin toxumunu səpir.
Və bu, təhsilin yox, təəssüfün dərsidir.
İzzət Qurbanov
“Sözüm var” layihəsi üçün yazdı.


width="220" alt="Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır" />
width="220" alt="Təhsil İdarəsi tərəfindən araşdırılan, barmağına üzük taxdıran müəllim kimdir?" />
width="220" alt="Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ" />
width="220" alt="Uşaqlarımız Kitabdan Uzaqlaşır: Günah Kimdədir? - İzzət Qurbanov yazır" />
width="220" alt="Zirəli müəllim: “Şagird valideyninə demədiyi sözü bizə deyir” - VİDEO" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />