Təhsil İdarəsi tərəfindən araşdırılan, barmağına üzük taxdıran müəllim kimdir?
- 7-06-2025, 21:26
- Cəmiyyət
- 0
- 2 387
Tovuz rayonu Əlimərdanlı kənd tam orta məktəbinin müəlliminin barmağına təmtəraqlı şəkildə üzük taxılması görüntüləri cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə paylaşılan videoda bir neçə qadının sıraya düzülərək Günel adlı müəllimənin barmağına üzük taxdığı görünür.
Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavabda Qazax-Tovuz Regional Təhsil İdarəsi bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır:
“Qeyri-iş günü olduğu üçün dəqiqləşdirmə aparmaq çətindir. Fakt dəqiqləşdikdən sonra məlumat veriləcək”.
Teleqraf-ın əldə etdiyi məlumata görə, adı hallanan müəllim Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb. 2013–2014-cü illərdə imtahan yolu ilə Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbində işləməyə başlayıb. İlk illərdə ibtidai sinif müəllimi işləməyib, sadəcə müxtəlif yığma dərsləri tədris edib.
Görüntülərin Tovuz rayonunda yerləşən restoranlardan birində çəkildiyi və tədbirdə valideynlərlə yanaşı bəzi müəllimlərin də iştirak etdiyi deyilir.
Qeyd edək ki, məsələyə münasibət öyrənmək üçün Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbin direktoru Cavid Yusifovla əlaqə saxlamağa cəhd etdik. Lakin o, zənglərimizə cavab vermədi.


width="220" alt="Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır" />
width="220" alt="Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ" />
width="220" alt="Tovuzda beş məktəbli zəhərlənib, araşdırma aparılır - SİYAHI - YENİLƏNİB - 2" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />