Azərbaycanlı zəvvarlar həcc əməllərini tamamlamaq üzrədirlər
sizinxeber.az xəbər saytı

Azərbaycanlı zəvvarlar həcc əməllərini tamamlamaq üzrədirlər


"Azərbaycanlı zəvvarlar həcc əməllərini tamamlamaq üzrədirlər".

Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

QMİ rəsmisinin sözlərinə görə, sabah zəvvarlar artıq Məkkədəki hotellərə qayıdacaqlar:

"Dünən bütün islam dünyası Qurban bayramını qeyd etdi. Zəvvarlar da qurban kəsib, Vətənimizə inkişaf, xalqımıza sülh və əmin-amanlıq arzu etdilər. Kəbədə təvaf və səy etdikdən sonra hamı yenidən Minadakı çadır düşərgəsinə qayıdıb.

Bu gün və sabah camaratlar (xalq arasında şeytanı simvolizə edən sütunlar) daşlanacaq və bundan sonra bütün əməllər yekunlaşacaq".

Sonda V.Cahangiri əlavə edib ki, zəvvarlar səfərlərinin son üç gününü peyğəmbərin şəhəri Mədinədə keçirəcəklər.

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər mayın 25-dən başlayıb. Ümumilikdə 1 250 azərbaycanlı zəvvar təyyarələrlə mayın 31-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyunun 21-dək vətənə qayıdacaqlar.

Oxşar xəbərlər

Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Azərbaycanlı zəvvarlar üçün Həcc ayinlərinin vaxtı açıqlanıb
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota dolub
Azərbaycanlı zəvvarlar bu axşam Həcc ayinlərinə başlayırlar
Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah yola düşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle