İraq mediası Azərbaycanda dini tolerantlıq mühiti barədə yazıb
sizinxeber.az xəbər saytı

İraq mediası Azərbaycanda dini tolerantlıq mühiti barədə yazıb


İraq mediasında Azərbaycanda dini tolerantlıq mühiti barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi iraqlı tədqiqatçı Mutəzz Muhi Əbdülhəmid Azərbaycanda dini konfessiyalar arasında tarixən formalaşmış tolerant münasibətin mövcud olduğunu qeyd edir. Bakıda keçirilmiş “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransda iştirakı barədə təəssüratlarını da qələmə alan müəllif Azərbaycandakı dini tolerantlığın bir sıra ölkələr üçün nümunə olduğunu diqqətə çatdırır.

Məqalədə ölkəmizin dini sahədə sabitliyə nail olunmasında, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasında və islamafobiya ilə mübarizədə əldə etdiyi nailiyyətlərdən danışılır. Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətindən sitatlar gətirilir.

Oxşar xəbərlər

Ramin Məmmədov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb
ABŞ qəzetində Azərbaycandakı nümunəvi dini tolerantlıq mühiti barədə məqalə dərc edilib
Bakıda beynəlxalq konfransın iştirakçılarına islamofobiyaya qarşı birgə mübarizəyə çağırış edilib
Ramin Məmmədov: Azərbaycan islamofobiya ilə mübarizədə özünün öhdəliklərini bilir və icra edir
Bakıda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları birgə xatirə fotosu çəkdiriblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle