Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşları imiş » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
may
2025
11:51

Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşları imiş

29 may, 2025
11:51
423

Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşları imiş

Xəbər verdiyimiz kimi, Antalyanın Kəmər rayonunda keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempionatı zamanı Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev 2 nəfər tərəfindən bıçaqlanıb.

Sizinxeber.az Unikal.az-a istinadən xəbər verir ki, hadisəni törədənlər Azərbaycan vətəndaşlarıdır. Onlar hadisə yerindən taksi ilə Antalya hava limanına qaçıblar. Lakin polis azərbaycanlıları hava limanında saxlayıb.

Sözügedən azərbaycanlılarla yanaşı, hadisə ilə əlaqəsi olan daha 2 şübhəlinin olduğu da müəyyən edilib. Onlardan birinin Rusiyaya qaçdığı şübhəsi ilə bağlı İnterpolla əlaqə saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən digər şəxsin isə axtarışlarının davam etdiyi bildirilib.

Hadisə ilə bağlı Kəmər rayon Respublika Prokurorluğunun koordinasiyası ilə istintaq işləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın