Komitə sədri: Aliment Fondunun yaradılması saxta boşanmaların sayını artıra bilər
Aliment Fondunun yaradılması saxta boşanmaları gücləndirə bilər.
Sizinxeber.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, boşanmalarla bağlı bir daha Aliment Fondunun yaradılması effektli yol kimi irəli sürülür:
“Bizə görə belə addımın atılması əksinə, saxta boşanmaları gücləndirə bilər.
Ombudsmanın məruzəsində həmçinin sosial hüuqlar sahəsində ünvanlı yardım ala bilməyən şəxslərin müraicətlərinə yer verilir. Biz daha çox iş yerlərinin yaradılması, yardım əvəzinə investisiya şəraitinin gücləndirilməsini təklfi edirik”.
Z. Oruc onu da vurğulayıb ki, Suriyada əsir düşərgələrində girovluqda saxlanılan, xüsusilə qadın və uşaqların ölkəmizə qaytarılması son dərəcə xeyirxah, lakin mürəkkəb və ağır problemin həlli deməkdir:
“Qanunveriiclik sistemimiz belə şəxsləri müstəsna hallarda ən ağır cəzaya-vətəndaşlıqdan məhum etməyə məruz qoyur. Rusiya-Ukrayna savaşının hər iki tərəfində döyüşən azərbaycanlıların taleyi-itkiləri də eyni xarakterli məsələdir.
Ümidvarıq ki, Suriyada hakimiyyət dəyişikliyi, Türkiyədə regionda artan gücü, dövlətimizin beynəlxalq nüfuzunun güclənməsi və nəhayət, Dəməşqdə səfirliyimizin açılması gələcəkdə vətəndaşlarımızın belə avantürüst əməliyaytlarda iştirakına imkan verməyəcək”.
Oxşar xəbərlər
Aytən Muradova: Azərbaycanda Aliment Fondunun yaradılması təklifi aktualdır
Zahid Oruc: "Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
