sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Nəsimi-Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsinin 22 seçicisi daşınar seçki qutusu vasitəsilə səs verəcək
Səhər saatları olmasına baxmayaraq məntəqə üzrə seçici fəallığı yüksəkdir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsinin sədri Fatma Sofiyeva bildirib.
Onun sözlərinə görə, məntəqə üzrə 1261 seçici var ki, onlardan 6 nəfəri vəfat edib, 12 nəfəri isə qeydiyyatdan çıxma vəsiqəsi alıb.
“Yaşı 80-dən yuxarı olan 12 seçici var. 22 seçici üçün isə evdə səsvermə imkanı yaradılıb. Onlar əlilliyi olan şəxslər və yaşlı insanlardır. Həmin şəxslər üçün səyyar qutu göndəriləcək. Məntəqədə veb-kameralar quraşdırılıb. İstənilən şəxs seçki prosesini canlı izləyə bilər”, - deyə F.Sofiyeva qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanın ən yaşlı seçicisinin 124 yaşı var
Ceyhun Bayramov da səs verdi
Azad olunmuş ərazilərdə nə qədər seçici səs verəcək?
Azərbaycanın Gürcüstandakı səfirliyində Məntəqə Seçki Komissiyası yaradılıb
Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













