Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb.
"Sizinxeber.az" xəbər verir ki, seçki bülletenləri Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı üç gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır.
Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarına paylanması prosesi fevralın 1-də başa çatdırılıb.
Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.
Oxşar xəbərlər
Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatıb
Dairə seçki komissiyalarının tərkibi niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA
Azərbaycanın Gürcüstandakı səfirliyində Məntəqə Seçki Komissiyası yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













