Azərbaycanın Gürcüstandakı səfirliyində Məntəqə Seçki Komissiyası yaradılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın Gürcüstandakı səfirliyində Məntəqə Seçki Komissiyası yaradılıb


Azərbaycanın Gürcüstandakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.

"Report"un yerli bürosu xəbər verir ki, 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər: Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport.

Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.

Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Tbilisi vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcək.

Oxşar xəbərlər

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki seçki məntəqəsi yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın Türkiyədəki səfirliyi seçkilərlə bağlı vətəndaşlara müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbədənkənar prezident seçkisi ilə bağlı Azərbaycanın Kiyevdəki səfirliyi seçki məntəqəsi təşkil edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident seçkiləri ilə bağlı YAP-ın yerli qərargahları yaradılıb, tərkibi təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilən ərazilərdə seçki məntəqələri yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər