Baş Prokurorluqda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində 6 rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı vətəndaşların müraciətləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar üzrə araşdırma aparılıb.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı Abşeron rayonunun Xırdalan şəhəri, Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində, Bərdə şəhərində, Zərdab rayonunun Kəndəbil və Ucar rayonunun Qazyan bələdiyyələrinin mülkiyyətində olan torpaq sahələrində meşə fonduna daxil olmayan ümumilikdə 251 ədəd ağac və kolun, Yardımlı rayonunun Ləzir kəndi ərazisində isə meşə dolaylarında meşə fonduna aid 60 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 41 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarlarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Oxşar xəbərlər
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan üç il ötür
Qarabağda həlak olan sülhməramlıların sayı açıqlandı
Azərbaycanda vəzifəli şəxslər cərimələndi
Milli Məclis Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsinə dair layihəni təsdiqləyib
Separatçılar rus sülhməramlılara atəş açıb: ölən var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













