Daşkəsəndə bələdiyyə sədri barədə cinayət işi başlandı
Daşkəsən rayonu Əhmədli kənd bələdiyyəsinin sədri Sərvaz Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Axar.az-a Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı Sərvaz Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan Əhmədli bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verərək dələduzluq yolu ilə vətəndaşa məxsus pul vəsaitini əla keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Nazirliyin keçmiş əməkdaşı tanışı ilə birgə həbs edildi
Zeynəb Xanlarovanın bacısı oğlunun təqsirləndirildiyi cinayət işi üzrə Ali Məhkəməyə müraciət olunub
Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir
Külli miqdarda rüşvət almaqda təqsirləndirilən keçmiş gömrük əməkdaşının məhkəməsi başlayıb
Prokurorluqdan vəkilin intiharı ilə bağlı məlumat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













