

PFL prezidenti Elxan Səmədov yaxın günlərdə əməliyyat olunacaq
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun müalicəsi reanimasiya şəraitində davam edir.
“Liv Bona Dea Hospital”ın mətbuat katibi Samir Oruc “Report”un sorğusuna cavab olaraq bildirib ki, yaxın günlərdə E.Səmədovun üzərində müxtəlif nahiyələr üzrə ortopedik və rekonstruktiv əməliyyatlar planlaşdırılır.
O qeyd edib ki, vitse-prezident Aslan Şahgəldiyevin əməliyyat sonrası reanimasiya müalicəsi bitib, bu gün palataya köçürülüb və stasionar şəraitdə müalicəsi davam etdirilir.
PFL-in media və marketinq direktoru Sənan Abdullayevin ümumi vəziyyəti stabildir. Onun da müalicəsi tamamlanmaq üzrədir, yaxın günlərdə evə buraxılması nəzərdə tutulur. Sürücü Rasim Qafarlının isə bud-çanaq oynağının sınığına görə əməliyyat planlaşdırılır.
Məlumat üçün bildirək ki, PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmov və texniki-idman direktoru Elgiz Abbasovun ilkin müalicələri tamamlandığından bu gün evə buraxılıb, ambulator şəraitdə müalicə alacaqlar.
Xatırladaq ki, hadisə dekabrın 16-sı Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, PFL texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Oxşar xəbərlər
PFL prezidenti və vitse-prezidentinin sağlıq durumu açıqlanıb
Qəzaya düşən PFL rəhbərliyindən iki nəfər xəstəxanadan evə buraxılıb
Qəzaya düşən PFL prezidenti əməliyyat üçün Türkiyəyə aparıla bilər
Ağdamda ağır qəzaya düşən PFL-in daha iki rəsmisi Bakıya çatdırıldı
Qənirə Paşayeva üçün xüsusi həkim gətirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı
-
Nazirin səsindən istifadə edildi, iş adamları hədəf alındı
-
Azərbaycan-Rusiya münasibətləri: Təyyarə hadisəsi, miqrantlara təzyiqlər və "Rus Evi"nin bağlanması
-
Qərbi Azərbaycan Xronikası: Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar
-
Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alan var
-
İsrailin müdafiə naziri HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham edib
