Bu hərbçilərə yeni rütbələr veriləcək
Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” hərbi rütbəsi veriləcək.
Sizinxeber.az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş orta ixtisas və ya natamam ali təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “Kiçik leytenant” hərbi rütbəsi verilib.
Dəyişikliyə əsasən, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş tam orta (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) təhsilli gizir və miçmanlara da hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “Kiçik leytenant” hərbi rütbəsi veriləcək.
Oxşar xəbərlər
Gizir və miçmanlara kiçik leytenant rütbəsinin verilməsinə dair layihə ilk oxunuşdan keçib
Antiterror tədbirləri zamanı şəhid olan zabit, gizir, çavuş və əsgərlərin sayları məlum oldu - SİYAHI
Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi
Azərbaycanda pensiya yaşının artırılmasının hansı hərbçilərə şamil olunacağı açıqlanıb
Vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azad edilmiş ərazilərdə daha 189 mina, 192 PHS aşkarlanıb
-
DVX: Təsərrüfat obyektləri vergi orqanında uçota alındıqdan sonra bazarda fəaliyyət göstərə biləcək
-
Spiker: Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır
-
“Neftçi” Türkiyədə beynəlxalq yoldaşlıq matçları keçirəcək
-
Sivasda mehmanxanada partlayış baş verib, xəsarət alanlar var
-
Azərbaycan Basketbol Liqasında XII tura start verilib