Azərbaycanda pensiya yaşının artırılmasının hansı hərbçilərə şamil olunacağı açıqlanıb
Azərbaycanda pensiya yaşının artırılmasının hansı hərbçilərə şamil olunacağı açıqlanıb.
"Sizinxəbər.Az" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisə daxil olan “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələrində əks olunub.
Layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin pensiyaya çıxmaq yaşı artırılır
Milli Məclisin iclası başlayıb, gündəlikdə 16 məsələ var
Milli Məclis dekabrın 5-də toplanır, gələn ilin dövlət büdcəsi III oxunuşda müzakirə olunacaq
Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
Azərbaycanda hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













