Gizir və miçmanlara kiçik leytenant rütbəsinin verilməsinə dair layihə ilk oxunuşdan keçib
Azərbaycanda gizir və miçman vəzifələrində beş il və daha çox xidmət edənlərə kiçik leytenant hərbi rütbəsinin verilməsinə dair layihə ilk oxunuşdan keçib.
"Report"un xəbərinə görə, bununla bağlı Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Prezident tərəfindən təqdim olunan qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.
Təklif edilən dəyişiklikdə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş, zabit vəzifəsinə təyin edilmiş tam orta təhsilli (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra kiçik leytenant hərbi rütbəsinin verilməsi imkanı yaradılır.
Oxşar xəbərlər
Bu hərbçilərə yeni rütbələr veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antiterror tədbirləri zamanı şəhid olan zabit, gizir, çavuş və əsgərlərin sayları məlum oldu - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası başlayıb, gündəlikdə 16 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












